"Qarabağ"ın "Nyukasl"la matçında gözlənilməz hadisə - Qurban Qurbanov çətin vəziyyətə düşdü!

18.02.2026 22:20 174
Aktual / Avrokuboklar
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Nyukasl"la qarşılaşan "Qarabağ" bəxtsizliklə üzləşib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin start heyətində meydana çıxan Bəhlul Mustafazadə 20-ci dəqiqədə zədələnib. Təcrübəli müdafiəçi rəqibin futbolçusu Dan Börnlə təkbətək mübarizə zamanı yerdə qalıb.

Baş məşqçi Qurban Qurbanov oyuna davam edə bilməyən Bəhlulu 22-ci dəqiqədə Dani Boltla əvəz etməyə məcbur olub.

Qeyd edək ki, hazırda davam edən matçda "Nyukasl" 4:0 hesabıyla qalib gəlir.

KƏNAN BAHADIR