"Nyukasl" sabah "Qarabağ"a görə gəlir... - özü də iki minə yaxın azarkeşlə!

16.02.2026 21:53 48
Avrokuboklar / Manşet
Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın qonağı olacaq "Nyukasl" sabah ölkəmizə təşrif buyuracaq.

Bu barədə "Football-plus.az"a Ağdam təmsilçisinin mətbuat xidmətinin əməkdaşı Anar Həsənov məlumat verib.

Klub rəsmisinin dediyinə görə, İngiltərə klubunun azarkeşləri üçün 1998 yer ayrılıb. Bunlardan 1800-ü satılıb. Maraq üçün qeyd edək ki, artıq bəzi "Nyukasl" azarkeşləri Bakıdadı.

İngiltərə təmsilçisinin Bakıya gəlmək üçün 3900 kilometr məsafə qət edəcəyini də bildirək.

Xatırladaq ki, "Tofiq Bəhramov"da keçiriləcək "Qarabağ" - "Nyukasl" oyunu fevralın 18-i, saat 21.45-də başlayacaq.

KƏNAN BAHADIR