“Neftçi” Misli premyer-liqasında ardıcıl 2 səfər oyununda üç və ya daha çox qol vurub.
"Football-plus.az" xəbər verir ki, 18-ci turda turda “Araz-Naxçıvan”a 4 cavabsız qol vuran qonaqlar 20-ci turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.
“Ağ-qaralar”ın premyer-liqadakı səfər oyunlarında belə məhsuldarlıq seriyası son 5 mövsümdə ilk dəfə qeydə alınıb. Bakılılar sonuncu dəfə 2020/21 mövsümünün sonlarında – 2021-ci ilin mayında “Şamaxı”nı 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edib.