Premyer-liqada 2-ci dəfə

26.12.2022 10:45 394
Premyer-liqa
Misli premyer liqasının 18-ci turunda üç böyükhesablı nəticə qeydə alınıb.

Football-plus.az xəbər verir ki, “Neftçi” “Şamaxı” ilə ev, “Qarabağ” “Səbail”lə səfər oyununda 3 cavabsız qolla qalib gəlib. “Sumqayıt”ın qonağı olan “Sabah” isə 6:0 hesabı ilə qələbə qazanıb.

Bu, mövsümdə ikinci belə hadisədi. Yalnız 12-ci turda belə nəticələr qeydə alınıb. “Kəpəz” “Səbail”i, “Neftçi” “Zirə”ni üç, “Qarabağ” “Şamaxı”nı 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, cari mövsümdə ümumilikdə 16 qarşılaşmada üç və ya daha çox top fərqi qeydə alınıb.