"Şahdağ Qusar" sabiq futbolçusunu qaytardı - RƏSMİ

12.02.2026 13:50 39
Ölkə futbolu
"Şahdağ Qusar" növbəti transferini həyata keçirib.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi "Şəfa"dan Ədilxan Qarəhmədovu icarə əsasında heyətinə qatıb.

25 yaşlı futbolçu cari mövsümün sonuna qədər komandada çıxış edəcək.

Yarımmüdafiəçi 2024/25 mövsümündə “Şahdağ Qusar”ın heyətində 2-ci liqanın qalibi olub.