"Şahdağ Qusar" legioner aldı - RƏSMİ

5.02.2026 14:31 44
Ölkə futbolu
"Şahdağ Qusar" heyətinə daha bir legioner futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, Fildişi Sahilindən olan Alassane Kulibali ilə müqavilə imzalanıb.

24 yaşlı hücumçu mövsümün sonuna qədər Qusar təmsilçisində çıxış edəcək. Kulibali son olaraq ölkəsinin "AFAD-Pleteau" klubunda oynayıb.

Xatırladaq ki, "Şahdağ Qusar" daha əvvəl anqolalı Aqostinyo Çipesseni də transfer edib.