• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal” 8 ildən sonra finalda, “Qarabağ”ın rəqibi titulu itirdi - İCMAL

Dünya futbolu

13-02-2026, 17:0

Fevralın 3-4-də Liqa kubokunda yarımfinal oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, oyundan əvvəl bukmekerlər “Çelsi”nin finala yüksəlmək şansını 12 faizlə dəyərləndirirdi. “Emireyts”dəki oyunun ilk yarısı Artetanın komandasının ssenarisi üzrə keçdi.

“Topçular” elə bir çətinlik çəkmədən “zadəganlar”ın hücumlarının qarşısını alırdı. Premyer-liqada çempionluğa əsas namizəd ilk oyundakı qələbəni inkişaf da etdirə bilərdi: Sançes İnkapyenin təhlükəli zərbəsinin qarşısını aldı, Martinelliyə isə Hüsto mane oldu. “Çelsi” ilk yarıda yalnız bir təhlükəli vəziyyət yaratdı ki, onda da düzgün mövqe tutan Kepa Fernandesin güclü zərbəsini dəf etdi. Qonaqlar 2-ci hissədə Kepanın qapısına uzaq məsafədən daha tez-tez zərbə vurmağa başladı, ancaq bundan heç bir dividend götürmədi. Derbinin kulminasiya nöqtəsi sonradan meydana çıxan Havertsin oyundakı son hücumda vurduğu qol oldu. Tarixində 9-cu dəfə Liqa kubokunun finalına çıxan “Arsenal” “Mançester Siti” ilə qarşılaşacaq.
Ona görə ki, Qvardiolanın komandası səfərdə olduğu kimi, evdə də iki top fərqi ilə qələbə qazandı. Baxmayaraq ki, baş məşqçi heyətdə rotasiyalara əl atmış, meydana optimal heyət buraxmamışdı. Amma hesab oyunun axarına uyğun olmadı.

“Sağsağanlar” nəinki fərqi aradan qaldırmağa, hətta finala adlamağa imkan verən qədər qol vəziyyəti yaratdı. Ancaq “Qarabağ”ın pley-offdakı rəqibi belə vəziyyətlərdən yararlanmaq baxımından çox aşağı səviyyə göstərdi. Oyunun taleyini məhz bu amil həll etdi. Erkən qol da meydan sahiblərinin işini çox asanlaşdırdı. Reyndersin ötürməsindən sonra səkən top Marmuşa çatdı, o da toru silkələdi. Ardından Uillokla Qordon real qol vəziyyətini qaçırdı. Yarım saatın tamamında “şəhərlilər” daha iki dəfə fərqləndi. Əvvəlcə Marmuş dubl etdi, ardından Reynders də adını tabloya yazdırdı. Bununla da finala vəsiqənin taleyi bəlli oldu. Ancaq “sağsağanlar” müqaviməti davam etdirdi.
Komandalar fasiləyə yollanmağa hazırlaşarkən Trafford Botmanın fərqlənməsinə imkan vermədi, fasilədən dərhal sonra isə yenicə meydana çıxan Vissa yaxşı imkanı qaçırdı. Nəhayət, 62-ci dəqiqədə Elanqa fərdi reydini qolla tamamladı. Bir qədər sonra Barnsın qolu ofsayd üzündən sayılmadı, Elanqa dubl imkanını qaçırdı. Sona yaxın yenidən meydan sahibləri daha yaxşı oynamağa başladı, təkcə elə Holann iki qol vura bilərdi, ancaq Ramsdeyl hər iki epizodda komandasını xilas etdi. Qvardiolanın komandası iki oyunun ümumi nəticəsinə görə 5:1 hesablı qələbə ilə finala adladı. “Qarabağ”ın fevralın 18-də qarşılaşacağı “Nyukasl”a isə təcili qol vurmağı bacaran hücumçu lazımdı. “Sağsağanlar” oyunboyu onlarla qol vəziyyəti yaratdı, lakin birindən yararlandı.

Onu da xatırladaq ki, Liqa kubokunun finalı martın 22-də “Uembli”də keçiriləcək.

yarımfinal, cavab oyunları
Arsenal – Çelsi 1:0

Haverts, 90+7.
Arsenal: Kepa, Timber, Saliba, Qabriel, İnkapye, Subimendi, Rays, Madueke (Trossar, 69), Eze, Martinelli, Dyökereş (Haverts, 69).
Çelsi: Sançes, Hüsto (Açimponq, 87), Fofana, Çaloba, Hato (Estevao, 60), Kukurelya, Kaysedo, Santos (Qarnaço, 75), Fernandes, Delap (Palmer, 60), Pedro.
İlk oyun – 3:2.

Mançester Siti – Nyukasl 3:1
Marmuş, 7; 29. Reynders, 32 – Elanqa, 62.
MS: Trafford, Nunyeş, Xusanov, Ake (Alleyn, 46), Ayt-Nuri, Reynders, Niko (Lüis, 83), O’Rayli (Rodri, 71), Foden (Şerki, 72), Marmuş, Semenyo (Holann, 71).
Nyukasl: Ramsdeyl, Tiav, Botman, Bern, Trippyer (Osula, 76), Remsi, Tonali, Holl (C.Mörfi, 46), Uillok (Elanqa, 46), Voltemade (Vissa, 46), Qordon (Barns, 44).
İlk oyun – 2:0.

Faktlar
* “Arsenal” son 10 oyunun heç birində “Çelsi”yə uduzmayıb. Son 10 London derbisinin 7-də “topçular” qələbə qazanıb, 3 oyun heç-heçə bitib. “Çelsi” “Arsenal”ı sonuncu dəfə 2021-ci il avqustun 22-də məğlub edib (2:0).
* “Arsenal” 2018-ci ildən bəri ilk dəfə Liqa kubokunun finalına çıxdı. 9-cu dəfə finalda oynayacaq “topçular” bu göstəricidə “Tottenhem” və “Aston Villa”ya çatdı. Yalnız “Liverpul” (15), “Mançester Yunayted” (10) və “Çelsi” (10) bu turnirdə daha çox final oynayıb. “Arsenal” 1993-cü ildən bəri Liqa kubokunu qazana bilmir.
* 2021-ci ildən bəri ilk dəfə Liqa kubokunda finala çıxan “Mançester Siti” 10-cu dəfə bu turnirin həlledici oyununda görünəcək. “Şəhərlilər” indiyə qədər 4 dəfə Qvardiolanın rəhbərliyi altında Liqa kubokunun finalına çıxıb və hər dəfə də qələbə qazanıb.

Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Oyun xoşuma gəldimi? Çox! Xüsusən də sonluq. Bizi əsl döyüşün gözlədiyini bilirdik. Möhkəmlik göstərdik, necə oynayacağımızı bilirdik. Stadionumuzda xüsusi atmosfer hökm sürürdü. Bunun önəmi böyükdü. Bu yerdə olmaq üçün illərlə gözlədik və sözsüz, finalda olmaqdan məmnunuq”.

Pep Qvardiola, MS-nin baş məşqçisi:
“Arsenal”a – indiki məqamda Avropanın, bəlkə də dünyanın ən yaxşı komandasına qarşı oynamaq xoş olacaq. Onlara qarşı nə qədər çox oynasaq, bir o qədər yaxşı səviyyəyə gələcəyik. Yalnız dua edəcəm ki, oyunçularım yaxşı formada olsun. “Arsenal”a mübarizə təklif edəcək oyunçular sərəncamımda olsa, yaxşı nəticəyə ümid edə bilərik. Niyə finaldayıq? Xərclənən pulların sayəsində... Zarafat bir yana, gerçəkdən sevinirəm. Belə nəticələrə nail olmağın necə çətin olduğunu bilirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-01-2026, 15:0

“Arsenal” “Çelsi”yə rəqib oldu - İCMAL

Dünya futbolu

27-01-2024, 00:0

“Çelsi” tennis hesabıyla qələbə qazandı

Dünya futbolu

29-01-2024, 22:0

“Liverpul” 14-cü dəfə finala çıxdı

Dünya futbolu / Reportaj

28-04-2023, 22:0

Mançester klubları kubokun finalında ilk dəfə qarşılaşacaq - ŞƏRH

Dünya futbolu

20-03-2024, 23:0

“Yunayted” “Liverpul”u kubok uğrunda mübarizədən uzaqlaşdırdı – TURUN ŞƏRHİ

Dünya futbolu

24-02-2024, 00:0

“Mançester Siti” “Arsenal”ı arxada qoydu

Aktual
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Son xəbərlər
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
Daha çox
Oxunub: 356
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 211
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 152
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 113
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə