Bakıda AFFA tərəfindən qapıçılar üzrə məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, kurslar martın 9-dan 10-dək (birinci mərhələ), mayın 18-dən 20-dək (ikinci mərhələ), avqustun 10-dan 12-dək (üçüncü mərhələ) və sentyabrın 12-dən 14-dək (dördüncü mərhələ) baş tutacaq.
Kursda iştirak üçün ödəniş məbləği 1000 manat təşkil edir. Müraciətlər həftənin 1-ci və 5-ci günləri, saat 08.00-dan 17.00-dək qəbul olunacaq. Sənədlərin qəbulu fevralın 28-də başa çatacaq.