Bakıda UEFA B kursu keçirilir

13.08.2025 14:12 13
Ölkə futbolu
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başlayıb.

"Football-plus.az" xəbər verir ki, 4 gün davam edəcək məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik edir.

Məşqçi kursunun 2-ci modulu sentyabrın 8-11-də baş tutacaq.