AFFA-da UEFA-nın B kateqoriyalı məşqçi kursu keçirildi

21.09.2024 12:37 197
Ölkə futbolu
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib.

"Football-plus.az" xəbər verir ki, dörd gün davam edən məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik ediblər.

Qeyd edək ki, məşqçi kursunun I modulu avqustda keçirilib. III mərhələ 30 sentyabr – 3 oktyabr, IV mərhələ (imtahan həftəsi) isə 4-8 noyabr tarixlərində baş tutacaq.