Bakıda UEFA-nın məşqçi kursu keçiriləcək - iştirak? 1000 manat!

16.01.2024 10:00 246
Ölkə futbolu
AFFA tərəfindən Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, tədbir fevralın 5-8-i aralığında baş tutacaq.

Beş moduldan ibarət olacaq kursun növbəti sessiyaları 4-7, 25-28 mart, 15-18 aprel və 6-10 may tarixlərində təşkil olunacaq.

Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdı.