Yuri Vernidub gələndən sonra məğlubiyyətin nə olduğunu bilməyən “Neftçi” qış “transfer pəncərəsi”ndə ilk və son transferini reallaşdırıb.
“Ağ-qaralar” braziliyalı vinger Breno Almeydanı heyətinə qatıb. “Football-plus.az” xəbər verir ki, 27 yaşlı futbolçu Cənubi Kiprin “Etnikos” klubundan transfer olub. 400 min avro “transfermarkt” dəyəri var. Rio de Janeyroda doğulub, böyüyən futbolçu üçün “Neftçi” 100 min avro ödəyib.
Xatırladaq ki, Breno “Neftçi”nin PFL-fə qeydiyyatdan keçən “Neftçi”nin 17-ci legioneridi. Ona görə də 200 min avro rüsum ödəniləcək və limit tam dolacaq.
MÜZƏFFƏR QULUZADƏ