Maskotu itələdi, puldan oldu

10.02.2026 16:26 30
İdman
“Leykers”in mərkəz oyunçusu Cekson Hays qəribə hərəkətə görə diskvalifikasiya olunub.

"Football-plus.az" xəbər verir ki, o, MBA-da müntəzəm çempionatın oyunundan əvvəl – basketbolçular azarkeşlərə təqdim olunarkən “Vaşinqton”un maskotunu itələyib.

Hays yanvarın 30-da “Kepital Uan-arena”da yol verdiyi hərəkətə görə bir oyun meydana çıxmayacaq, həmçinin həmin oyuna görə pul da almayacaq.

Ceksonun cəzası bu gün keçiriləcək “Filadelfiya 76” ilə oyuna aiddi.