Müntəzəm çempionatın altı oyunu

9.08.2025 10:00 6
İdman
Milli Basketbol Assosiasiyası müntəzəm çempionatın 6 oyununun Avropada keçiriləcəyi ilə bağlı anons verib.

"Football-plus.az" xəbər verir ki, həmin oyunlar qarşıdakı üç il ərzində keçiriləcək.

Gələn il yanvarın 15-də Berlində keçiriləcək ilk oyunda “Orlando” ilə “Memfis” qarşılaşacaq. Elə həmin komandalar yanvarın 18-də Londonda da üz-üzə gələcək. 2027-ci ildə MBA oyunları Mançesterlə Parisdə, 2028-də isə Berlinlə Parisdə keçiriləcək. Hələ ki son 4 oyunun iştirakçıları müəyyənləşməyib.

Avropada sonuncu dəfə müntəzəm çempionatın oyunu bu ilin yanvarında keçirilib. Parisdə “San-Antonio” ilə “İndiana” qarşılaşıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul