“Veysəl gəncdi, çılğındı, səhvini də başa düşmüşdü” – bıçaqlanmaya Tovuzdan reaksiya

4.02.2026 23:07 126
Ölkə futbolu / Aktual
Ötən gün səhər saatlarında “Kəpəz”in futbolçusu Veysəl Rzayevin Gəncədə bıçaqlanmasından xəbərdarsız.

Veysəl “Kəpəz”ə ötən ay transfer olundu. Onun son klubu “Turan Tovuz” idi. Ötən mövsüm “ASCO Arena”da keçirilən “Səbail”lə oyunun (0:0) gedişində qəribə hadisə baş vermişdi. Belə ki, müntəzəm uğursuzluqlardan bezən tovuzlu azarkeşlər etiraz etmiş, qəzəblənən Veysəl isə tribunanın məhəccərinə qalxaraq onlarla əlbəyaxa davaya başlamışdı. İndi Veysəl dardadı. Bəs “Turan Tovuz” azarkeşləri onun haqda nə düşünür?

Bu suala “Ultras Turan”ın rəhbəri Kamal Saqqayev cavab verdi:
“Allah Veysələ kömək olsun, şəfa versin. Bizlə olan haqq-hesabdan sonra barışmışdıq. Veysəl gəncdi, çılğındı, səhvini də başa düşmüşdü. Veysəli yaxşı futbolçu, yaxşı insan kimi tanıyırıq. Eşidəndə çox pis olduq. İnşallah, tez sağalsın, qısa zamanda bərpa olunsun”.
MÜZƏFFƏR QULUZADƏ