“Turan Tovuz”dan ayrılan futbolçu “Kəpəz”də - RƏSMİ

8.01.2026 11:06 24
Ölkə futbolu
“Kəpəz” qış fasiləsində ilk transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, “sarı-göylər” qış transfer dönəmində Veysəl Rzayevin keçidini rəsmiləşdirib.

23 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi Gəncə təmsilçisinin formasını geyinəcək.

Xatırladaq ki, Veysəl mövsümün ilk yarısını “Turan-Tovuz”da keçirib. Bu müddət ərzində premyer-liqada 3 oyuna 1 qol vuran Rzayev ölkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.