''Qalatasaray'' daha bir vinger aldı

24.01.2026 21:53 15
Dünya futbolu
Transferdə birdən-birə fəallaşan ''Qalatasaray'' Noa Lanqın ardından bu qışın İkinci keçidini rəsmiləşdirmək üzrədi.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi yenə vinger transfer edir. Söhbət ''Jirona''nın üzvü Yaser Asprilyadan gedir.

22 yaşlı kolumbiyalı futbolçu şənbə günü axşam saatlarında İstanbula gəlməlidi. ''Cim-Bom'' bu oyunçunu ilk öncə mövsümün sonuna qədər icarəyə götürəcək. Müqavilədəki xüsusi maddəyə əsasən Asprilya müəyyən sayda oyuna çıxsa, ''sarı-qırmızılar'' yayda onu daimi əsasda transfer etməli olacaq. Bu baş versə, Asprilya ''Qalatasaray''a ümumilikdə 23 milyon avroya başa gələcək.

İstedadlı futbolçuya ''Benfika'', ''Ayaks'' və ''Marsel'' maraq göstərirdi. Ancaq ''Jirona''ya ən yaxşı şərtləri təklif edən klub ''Qalatasaray'' oldu. Peşəkar karyerasına vətənində başlayan Yaser Asprilya 2022-ci ildən Avropada top qovur. O, 2022-24-cü illərdə ''Uotford''un şərəfini qoruyurdusa, 2024-dən bu yana Kataloniya klubunun uğurları üçün çalışırdı.

''Transfermarkt''a görə dəyəri 12 milyon avro civarında olan Asprilya bu mövsüm ''Jirona''da 17 rəsmi oyunda aktivinə 1 qol, 1 məhsuldar ötürmə yazıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul