“Qarabağ” - “Ayntraxt” matçında problem: VAR işləmir!

21.01.2026 21:58 25
Avrokuboklar
“Qarabağ” - “Ayntraxt” matçında ciddi problem yaranıb.

"Football-plus.az" xəbər verir ki, VAR sistemində problem baş verib. Görüşün 7-ci dəqiqəsində baş hakim isveçrəli Sandro Şerer oyunda qısa fasilə zamanı VAR-ın işləmədiyinə dair komandanın kapitanlarına xəbərdarlıq edib.

Bu isə o deməkdi ki, VAR işləmədiyi müddətdə mümkün mübahisəli qol və qayda pozuntularını dəqiq videotəkrarla yoxlamaq mümkün olmayacaq.

Problemin hansı səbəbdən yarandığı barədə hələ ki, məlumat yoxdu.