Frankfurtlu azarkeşlər üçün qadağa

11.03.2023 18:45 205
Dünya futbolu
Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” - “Ayntraxt” matçında qonaq komandanın azarkeşləri stadiona buraxılmayacaqlar.

"Football-plus.az" xəbər verir ki, Frankfurtda keçirilən ilk oyunda rəqib azarkeşlər arasında insident yaşandığından cavab görüşündə də oxşar hadisənin yaşanacağı riski var. İtaliyanın Daxili İşlər Nazirliyi bu səbəbdən UEFA-ya rəsmi müraciət ünvanlayıb. UEFA isə “Ayntraxt”ın “Napoli” ilə səfər matçında azarkeşsiz oynamasına qərar verib.

Xatırladaq ki, “Napoli”nin Frankfurtda 2:0 hesabı ilə qalib gəldiyi oyunda baş verən qarşıdurmada “Ayntraxt”ın 3 azarkeşi yaralanmış və çox sayda fanat həbs edilmişdi. Komandalar arasında cavab matçı martın 15-də Neapolda keçiriləcək.