Məşhur “Forbes” jurnalı MHL-in ən yüksək ödənişli oyunçularının reytinqini hazırlayıb.
"Football-plus.az" xəbər verir ki, ilk pillədə “Vaşinqton”un rusiyalı hücumçusu Aleksandr Oveçkin qərarlaşıb. “Forbes”in hesablamasına görə, 38 yaşlı Ovinin illik gəliri 17,5 milyon dollardı, bunun 12,5 milyonun ulduz hokkeyçi klubla müqavilə, qalan 5 milyonunu isə sponsorluq müqavilələri əsasında alır.
Rusiyalı liderliyi “Kolorado”nun kanadalı hücumçusu Natan Makkinnonla bölüşür. O da toplam 17,5 milyon dollar qazanır, sadəcə, müqaviləyə görə aldığı pul 16 milyondusa, sponsorluq anlaşmaları sayəsində də 1 milyon qazanır.