“Qalan məsələlər Qurban müəllimlə klub rəhbərliyinin işidi” – Pedro Bikalyo

20.01.2026 13:52 21
Avrokuboklar / Aktual
Sabah “Qarabağ” Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo oyunöncəsi mətbuat konfransında media önünə çıxdı.

- Bu gün 20 yanvardı. Ölkə üçün önəmli və kədərli gündü. Müstəqillik üçün canlarını qurban veriblər. Allah onlara rəhmət etsin. Türkiyədə mini hazırlıq keçdik. Ümid edirəm ki, sabah yaxşı oynayacağıq.

- Bu matç karyeran üçün əhəmiyyətlidi?
- Bəli. Nəhəng turnirdə oynayırıq.

- Yenidən “oyunun ən yaxşısı” olmaq kimi məqsədin var?
- Belə məqsədim yoxdu. Əsas komandanın qələbəsidi. Bu başqa məsələdi.

- Sənə təkliflərin olması oyuna köklənməyinə təsir etdi?
- Qətiyyən yox. Bu, karyeramın ən önəmli oyunudu. Qalan məsələlər Qurban müəllimlə klub rəhbərliyinin işidi.

MÜZƏFFƏR QULUZADƏ