Vüsalın komandası qalib gəldi

20.01.2026 10:15 10
Dünya futbolu
Albaniya superliqasında 20-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” Teuta”nı qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İsgəndərli start heyətində meydana çıxıb və komandası 1:0 öndə ikən - 78-ci dəqiqədə əvəzlənib.

"Partizani" 26 xalla 5-ci pillədə qərarlaşıb.