Vüsalın komandası liderdən xal aldı

29.11.2025 19:15 15
Dünya futbolu
Albaniya superliqasında 13-cü tur start götürüb.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Elbasani” ilə qarşılaşıb. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. İsgəndərli matça start heyətində başlayıb və 79-cu dəqiqədə əvəzlənib.

"Partizani" hazırda 14 xalla 6-cı pillədə qərarlaşıb. "Elbasani" isə liderdi. Onu da qeyd edək ki, Vüsal İsgəndərlinin komandası ötən turda da lider "Vllaznia"nı (1:1) büdrətmişdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul