Yenidən İtaliyada oynayacaq

19.01.2026 22:56
Dünya futbolu
Duqlas Kosta yenidən İtaliyada oynayacaq.

"Football-plus.az" xəbər verir ki, o, “Kyevo”ya keçib. Verona klubunun mətbuat xidmətinin məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Braziliyalı futbolçu şəxsi problemləri səbəbindən 2025-ci ilin sentyabr ayında Avstraliya “Sidney”indən ayrılmış və həmin vaxtdan klubsuz idi. Duqlas karyerası ərzində “Yuventus”, “Bavariya”, “Los Anceles Qalaksi”, “Fluminense” və “Qremio”da da oynayıb.