Xuan Kuadrado bundan sonar da İtaliyada oynayacaq.
“Football-plus.az” xəbər verir ki, “Atalanta” “İnter”in sabiq futbolçusunu transfer edib. Bu barədə Berqamo klubunun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı kolumbiyalı ilə bağlanan müqavilənin müddəti hələlik açıqlanmayıb.
Kuadrado bu yay “İnter”lə müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent statusu qazanıb. O, ötən mövsüm bütün turnirlərdə 12 oyun keçirib və 2 qolun ötürməsini verib.
Kuadrado əvvəllər “Yuventus”, “Çelsi”, “Fiorentina”, “Udineze” və “Leççe”də çıxış edib.