Məşhur futbolçu 2-ci divizionda oynayacaq

28.01.2025 20:50 268
Dünya futbolu
Raca Naynqqolanın yeni klubu müəyyənləşib.

Belçika yığmasının sabiq oyunçusu karyerasını vətənində, 2-ci liqada yarışan “Lokeren Temze”də davam etdirəcək. Klubun rəsmi saytının məlumatına görə, 36 yaşlı futbolçu ilə müddəti mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Raca karyerası ərzində İtaliyada “İnter”, “Kalyari”, “Pyaçentsa”, “Roma”, SPAL, Belçikada isə “Antverp” klublarının formasını geyib. Onun sonuncu iş yeri isə sıralarını ötən yay tərk etdiyi İndoneziya “Bhayanqkar”ı olub.