Bu arada Almaniya parlamentinin üzvü və federal kansler Fridrix Mertsin sağ əli hesab olunan Yurgen Hardt Trampı bu ideyadan vaz keçirmək üçün hətta Almaniya yığmasının DÇ-2026-nı boykot edə biləcəyini istisna etməyib.
O, ''Bild'' nəşrinə açıqlamasında bunları deyib:
''Donald Trampın Qrenlandiya məsələsində gözünün odunu almaq üçün bir neçə üsul var. Ən sonuncu variantlardan biri DÇ-2026-dakı çıxışdan imtina etməkdi. Çünki qarşıdan gələn turnir Tramp üçün mühüm əhəmiyyət kəsb edir''.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyində baş tutacaq mundial 11 iyun - 19 iyul tarixində keçiriləcək.





