• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İran dərsi: orda idmançılar barrikadada ölür, bizdə isə...

Aktual / İdman

17-01-2026, 20:0

Artıq 20 günə yaxındı İranda inanılmaz hadisələr baş verir.

1979-cu ildəki inqilabdan sonra hakimiyyəti ələ keçirən fars-molla rejiminin fəaliyyəti xalqı boğaza yığıb. Dözülməz sosial durum, İran pulunun dəyərsizləşməsi adamların səbr kasasını daşırıb, onlar küçələrə, meydanlara çıxaraq ədalətli idarəçilik, xalqın həyatının, gün-güzəranının yaxşılaşdırılmasını tələb edirlər. İranın ali dini rəhbəri ayətulla Seyid Əli Xameneyinin televiziya müraciətindən sonra vəziyyət bir qədər dəyişib. Daha doğrusu, məlum müraciətdən sonra İranın təhlükəsizlik qüvvələri, SEPAH-a və “Bəsic”ə aid silahlılar dinc etirazçılara qarşı amansız zorakılıq göstərib, onları avtomat silahdan və pulemyotdan atəşə tutub. Ən müxtəlif qaynaqlarda qətlə yetirilənlərin sayı 3 minlə 12 min arasında dəyişir. Bir sözlə, İranda ciddi hakimiyyət böhranı yaranıb.

Qonşu ölkədə milyonlarla azərbaycanlının yaşadığını nəzərə alsaq, belə duruma biganə qalmaq mümkünsüzdü. Təbriz, Ərdəbil, Urmiya və güneyli soydaşlarımızın sıx yaşadığı başqa şəhərlər də hakim rejimin zorakılığını, qətliamını yaşayıb. İranda ciddi dəyişikliklər gözlənilir ki, umacağımız azərbaycanlıların bu proseslərdə mümkün qədər az zərər görməsidi.

Minillərlə tarixi olan dövlətdə idman ictimaiyyəti də yaşananların mərkəzindədi, ayrı-ayrı idmançılar və məşqçilər də xalqın yanındadı, rejimin ədalətsizliklərinə etiraz səsini ucaldırlar. Belədə qətlə yetirilənlər arasında onların da olması adi haldı. “Traktor”un sabiq oyunçusu Müctəba Tərşiz həyat yoldaşı ilə birlikdə etirazlar zamanı güllələnərək öldürülüb. Onu barrikadada dayanarkən öldürüblər. Ailənin iki kiçik övladı qalıb.

Tehranın Narmak rayonunun “Mahan Novin” həvəskar futbol komandasının baş məşqçisi Mehdi Ləvasani də açılan atəş nəticəsində ağır yaralanıb. Güllə onun kürəyindən daxil olaraq sinəsindən çıxıb. İranın “Farzana Şemiran” basketbol klubunun üzvü, Şərif Texnologiya Universitetinin 21 yaşlı tələbəsi Əhməd Xosrəvani odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Xosrəvani adı çəkilən komandanın tərkibində Tehranın 3x3 basketbol turnirinin qalibi olub, eyni zamanda Tehran Liqasının ən yaxşı oyunçusu seçilib. Etirazlar zamanı daha bir futbolçunun öldürüldüyü bildirilir. 17 yaşlı məktəbli, “Saypa”nın yeniyetmələr komandasında çıxış edən Rəbin Muradi odlu silahla arxadan vurularaq öldürülüb. Sələsbabacanidən olan yeniyetmə futbolçu paytaxtın uşaq-gənclər futbolunda istedadlardan biri kimi tanınıb. Rəbin futboldan əlavə üzgüçülük və güləş növlərində də çempion titullarına malik olub.

Bütün bu zorakılıq, qətl faktlarını sadalamaqda məqsədimiz heç də faciənin miqyasını vurğulamaq, qonşu ölkədə necə böyük fəlakət yaşandığını çatdırmaq deyil. Onsuz da hər şey ortadadı. İnternetin, sosial şəbəkələrin sayəsində dünya o qədər kiçilib ki, ucqar bir dağ kəndində oturmaqla da hər yerdən xəbər tutmaq mümkündü. Bizi düşündürən, maraqlandıran məqam başqadı. İranın idman ictimaiyyəti bu ölkədə baş verən proseslərə belə həssas münasibət göstərirsə, xalqın haqq səsinə qoşulursa, niyə bizdə vəziyyət fərqlidi?

Ölkədaxili siyasət, geniş təbəqələri düşündürən hansısa aktual məsələ ilə bağlı fikrini öyrənməyə çalışdığımız istənilən idman-futbol adamının ilk sözü bu olur: “məni bu məsələdən uzaq tut, heç nə bilmirəm, başımı bəlaya salma”. Ya da uzun-uzadı mədhiyyə, “bəy tərifi” söyləməyi lazın bilirlər. Ölkədaxili siyasət nədi, Venesuela prezidenti Nikolas Maduro ilə xanımı Siliya Floresin qaçırılmasından sual veririk, daş atıb başlarını tuturlar. Yəni belə çıxır ki, bu adamlar üçün özündən, cibindən, qazancından, çörəyindən başqa heç bir dünya, heç bir anlayış yoxdu! Qəbul etmək nə qədər çətin olsa da, ətdən-sümükdən ibarət adi bir varlıq, kütlədilər. Bax, adamı yandıran da budu.

Bu gün Azərbaycanda vətəndaş mövqeyi, ictimai fəallıq çatmır. Milyonların qəlbinə “palaza bürün, ellə sürün” prinsipi hakimdi. Heç kim önə çıxmaq, necə deyərlər, ilk zərbəni qəbul etmək istəmir. Halbuki böyük şair Məmməd Araz belə demişdi: “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı...”

ORXAN

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

14-01-2026, 09:0

“Traktor”un məşhur futbolçusu da öldürüldü! – İran qan gölündə üzür

DÇ 2026

31-10-2022, 19:0

İranın DÇ-dən kənarlaşdırılmasını istəyirlər

Dünya futbolu

2-04-2022, 23:0

İran futbolunda qalmaqal: qadınları yenə futbola buraxmadılar

Ölkə futbolu / Dünya futbolu / Yazarlar

13-11-2022, 10:0

Fars, sən Əlini edam edə bilməzsən! - KÖŞƏ

DÇ 2026

21-11-2022, 20:0

İran futbolçularının etirazının səbəbi bəlli oldu

Dünya futbolu

4-10-2022, 17:0

Spalletti İrandakı hadisələrə biganə qalmadı

Aktual
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
Son xəbərlər
  • Bu gün, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Bu gün, 15:33
    Fransaya qayıtmayacaq
  • Bu gün, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Bu gün, 14:31
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Bu gün, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Bu gün, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Bu gün, 12:26
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Bu gün, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
Daha çox
Oxunub: 275
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 257
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 210
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 207
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 199
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə