Premyer-liqada çıxış edən nadir türkiyəli futbolçulardan biri olan və ''Brentford''un şərəfini qoruyan Yunus Əmrə Konakın yeni klubu bəlli olub.
Bu futbolçu mövsümün sonuna qədər çempionşip təmsilçisi ''Oksford''a icarəyə verilib. Müqavilədə daimi transferlə bağlı heç bir maddə yoxdu. Yəni 20 yaşlı yarımmüdafiəçi mövsümün sonunda ''Brentford''a qayıdacaq.
''Sivasspor''un yetirməsi olan və 2024-ün yanvarında 4,5 milyon avroya İngiltərə klubuna transfer olunan istedadlı futbolçu indiyə qədər ''Brentford''da 14 rəsmi oyuna çıxıb. Heyətə düşməkdə çətinlik çəkən və nadir hallarda oynamaq şansı qazanan Yunus hələ ki, İngiltərə karyerasında aktivinə qol və ya məhsuldar ötürmə yaza bilməyib.
Onu da bildirək ki, Yunus Əmrə Konakın sonrakı satışından ''Sivasspor''a 12,5 faiz pay çatacaq.