"Torpedo" (Rusiya) azərbaycanlı futbolçu Sadiq Baqiyevi transfer edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Moskva təmsilçisi həmvətənimizlə 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.
22 yaşlı yarımmüdafiəçi 1-ci divizion təmsilçisində 66 nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, Sadiq karyerası ərzində “Kuban-Holdinq”, “Spartak”(Tambov), “SKA-Xabarovsk” klublarında oynayıb.