Azərbaycanlı futbolçu Turqay Möhbalıyev Rusiyada klubunu dəyişib.
Football-plus.az xəbər verir ki, müdafiəçisi karyerasını "Legion Dinamo"da davam etdirəcək. Bu məlumatı Mahaçqala təmsilçisinin rəsmi saytı yayıb. Transferin detalları haqda geniş məlumat verilməyib.
Qeyd edək ki, Turqay "Spartak"ın (Moskva) akademiyasında, "Ufa" və "Rotor" kimi klublarda çıxış edib. 22 yaşlı sağ cinah müdafiəçisi karyerasında 103 görüşdə 10 qol vurub, 7 məhsuldar ötürmə edib.