Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişir

24.06.2022 10:46 400
Dünya futbolu
Ayaz Quliyev Rusiyada klubunu dəyişir.

"Football-plus.az" xəbər verir ki, bu məlumatı "Championat" nəşri yayıb.

Yarımmüdafiəçi "Axmat"a keçir. Moskva "Spartak"ının yetirməsi olan Quliyevin "Arsenal"la müqaviləsi 2023-cü ilin iyununda başa çatır. "Transfermarkt" ona 700 min avro qiymət qoyub.

26 yaşlı yarımmüdafiəçi ötən mövsüm "topçular"ın heyətində 26 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Klub Rusiya premyer-liqasını sonuncu pillədə başa vurub və "Rubin"lə birlikdə 1-ci Liqaya enib.