Ruslan Voronsov "Səbail"də - RƏSMİ

13.01.2026 15:14
Ölkə futbolu
“Səbail” ilin ilk transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, 1-ci liqanın ilk yarısını “Şahdağ Qusar”da keçirmiş hücumçu Ruslan Voronsovla mövsümün sonuna qədər müqavilə imzalanıb. O, yeni klubunda 9 nömrəli formanı geyəcək.

30 yaşlı futbolçu bu mövsüm 7 qol vurub.