"Səbail" ilk transferini reallaşdırdı

6.01.2025 18:52 300
Ölkə futbolu
“Səbail” 2025-ci ildə ilk transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi Qazaxıstan premyer-liqası komandası “Turan”da çıxış etmiş mərkəz müdafiəçisi Marko Nikoliçi heyətinə qatıb. 26 yaşlı serbiyalı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.