“Qəbələ”nin yeni transferi

4.09.2024 22:56 231
I liqa
“Qəbələ” heyətinə yeni futbolçu qatıb.

“Football-plus.az” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Əyalət təmsilçisi Ruslan Voronsovun keçidini rəsmiləşdirib. 28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ruslan Voronsov “Simurq”, “Ağsu”, “Şəmkir”, “Zaqatala”, “Mingəçevir” “Qaradağ Lökbatan”, MOİK, “Karvan”, "Cəbrayıl", Şimali Kiprdə “Larnaka Gənclərbirliyi” klublarında forma geyinib.