Nəhayət, “Bavariya” özünə yeni baş məşqçi tapıb.
“Football-plus.az” xəbər verir ki, Almaniya nəhəngi bir sıra mütəxəssislərdən rədd cavabı aldıqdan sonra seçimi Vensan Kompaninin lehinə edib.
Münhenlilər “Bernli”nin baş məşqçisi ilə təmaslara bir neçə gün əvvəl başlamışdılar. Artıq tərəflər arasında danışıqların müsbət nəticələndiyi məlum olub. “Sky Sport”un məlumatına görə, Almaniya klubu 38 yaşlı mütəxəssisdə böyük potensial görür. Kompaninin tezliklə Tomas Tuxelin boşaltdığı postu tutacağı gözlənilir. Amma “Bavariya” onunla rəsmi müqavilə bağlamazdan əvvəl “Bernli” ilə təzminat məsələsini yoluna qoymalıdı. Münhenlilər İngiltərə klubuna 10 milyon avro təklif etsələr də, qarşı tərəf bundan iki dəfə çox istəyib.
Kompani “Bernli”ni 2022-ci ildən çalışdırır. Komanda premyer-liqanın yenicə başa çatan mövsümündə 19-cu yeri tutub və 2-ci diviziona düşüb.