Kilian Mbappenin son vəziyyəti açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, “Real”ın zədəli hücumçusu təxminən 3 həftə meydandan kənarda qalacaq. Fransalı futbolçuya diz bağlarının dartılması diaqnozu qoyulub.
Mbappe yanvarın 4-də “Betis”lə La Liqa və yanvarın 8-də “Atletiko” ilə İspaniya Superkubokunun yarımfinal oyununu buraxacaq.
Kilian cari mövsümdə 24 oyuna çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.