Ronaldonun göstəricisinə çatdı

22.12.2025 19:50 15
Dünya futbolu
Erlinq Holann məhsuldar çıxışını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin hücumçusu İngiltərə premyer-liqasında vurulan qolların sayına görə “Mançester Yunayted”in sabiq forvardı Kriştiano Ronaldoya çatıb. Norveçli futbolçu “Vest Hem”ə qarşı oyunda (3:0) hesabı açıb. Bu, Holannın premyer-liqadakı 103-cü qolu olub.

Beləliklə, o, 103 qola 114 oyunda imza atıb. Kriştiano Ronaldo isə eyni göstəriciyə çatmaq üçün 236 matça ehtiyac duyub.

Xatırladaq ki, Ronaldo “Mançester Yunayted”də 2003-09-cu və 2021-22-ci illərdə çıxış edib. Erlinq isə “Mançester Siti”yə 2022-ci ilin yanvarında transfer olunub.