Holann dünyanın ən yaxşı futbolçusu seçildi

19.01.2024 21:21 201
Dünya futbolu
"Globe Soccer Awards"ın mükafatlandırma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, bir neçə nominantda qaliblərin adına aydınlıq gəlib. Dubayda keçirilən tədbirdə dünyanın ən yaxşı futbolçusu, məşqçisi, klubu, klub prezidenti kimi mükafatlar sahibini tapıb.

Əsas mükafata - ilin ən yaxşı futbolçusu adına "Mançester Siti"nin və Norveç yığmasının hücumçusu Erlin Holann layiq görülüb. Kriştiano Ronaldo isə mövsümü bombardir olaraq başa vurduğu üçün Maradona mükafatına sahib çıxıb. Digər titulların sahibləri isə belə olub:

İlin məşqçisi - Pep Qvardiola (Mançester Siti)
İlin klubu - "Mançester Siti"
İlin klub prezidenti - Xaldun Əl Mübarək (Mançester Siti)
İlin yarımmüdafiəçisi - Rodri (Mançester Siti, İspaniya millisi)
Yaxın Şərqdə ilin futbolçusu - Kriştiano Ronaldo (Əl-Nəssr, Portuqaliya millisi)
Azarkeşlərin səsverməsində ilin futbolçusu - Kriştiano Ronaldo (Əl-Nəssr, Portuqaliya millisi)

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul