Xosep Qvardiolanın mövsümün sonunda ''Mançester Siti''ni tərk edəcəyi ilə bağlı iddialar yenidən qüvvətlənib. Hətta Entso Mareskanın onu əvəzləyəcəyi ilə bağlı şayiələr də dolaşır. Amma ''Çelsi'' ilə 2029-a qədər müqaviləsi olan Mareska bu söz-söhbətləri təkzib edib.
Qvardiolanın Mançesterdə uzun illərdi sahibi olduğu ''Tast'' adlı restoranın bağlanması da onun ayrılacağı ilə bağlı iddiaları artırıb. Hərçənd İngiltərə mətbuatı restoranın bağlanmasının bu məsələ ilə əlaqəli olmadığını vurğulayır. Həmişə qeyri-adi açıqlamalar verməyi xoşlayan ünlü mütəxəssis bu iddiaların fonunda ''Vest Hem'' ilə oyunöncəsi mətbuat konfransında yenə qəribə açıqlamalar verib.
Gələn yay ''Siti''nin başında 10-cu ilini tamamlayacaq Qvardiola ayrılacağı ilə bağlı suala belə cavab verib: