Bir jurnalistin ''əvvəlki ''Mançester Siti''ni nə vaxt görəcəyik'' sualına ünlü mütəxəssis belə cavab verib:
''Əvvəlcə mənim oyunçularımı qaytarın. Bir komandada 4 mərkəz müdafiəçisi, 2 dayaq yarımmüdafiəçisi, bir vinger olmadıqda və üstəlik dünyanın ən yaxşı futbolçusu Rodri mövsümün sonuna qədər sıradan çıxdıqda oynamaq çətinləşir. Mənim oyunçularımı qaytarın və söz verirəm ki, dərhal əvvəlki ''Mançester Siti''ni görəcəksiz''.
Qeyd edək ki, ÇL-də 4 tura 7 xal toplayan ''şəhərlilər'' premyer-liqada lider ''Liverpul''dan 8 xal geridədilər.
ƏLİ




