Komandası üçün fədakarlıq edəcək

19.12.2025 17:57 14
Dünya futbolu
Hakan Çalhanoğlunun son vəziyyəti ilə bağlı məlumat yayılıb.

"Football-plus.az" xəbər verir ki, “İnter”in türkiyəli futbolçusu “Bolonya” ilə növbəti matçda heyətə daxil ediləcək. O, İtaliya Superkuboku oyunu üçün Səudiyyə Ərəbistanına komandası ilə birgə yollanacaq. İtaliya mətbuatının məlumatına görə, Çempionlar Liqasının “Liverpul”la matçında zədələnərək növbəti iki oyunu buraxan təcrübəli yarımmüdafiəçi hələ tam sağalmasa da, heyətə daxil edilib.

Hakan bu mövsüm “İnter”də 18 oyunda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul