Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edildi

15.12.2025 12:15 9
Ölkə futbolu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova 2025-ci ilin ən yaxşı baş məşqçisi mükafatı təqdim edilib.

"Football-plus.az" xəbər verir ki, "komanda.az" saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda 53 yaşlı mütəxəssis digər namizədləri böyük fərqlə qabaqlayaraq birinci olub. Bununla bağlı tədbirdə ona mükafatı saytın baş redaktoru Rəşad Ergün təqdim edib. Mütəxəssis çıxış edərək ona səs verən jurnalistlərə təşəkkür edib.

Xatırladaq ki, Qurban Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb. Sorğuda iştirak edənlərdən ikisi son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, biri “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, biri “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, biri isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul