Qurban Qurbanov mükafatlandırıldı

19.12.2023 11:54 634
Ölkə futbolu
"Komanda.az" saytının jurnalistlər arasında keçirdiyi sorğuda 2023-cü ilin məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırılıb.

“Football-plus.az" xəbər verir ki, bu gün “Fairmont Baku” hotelində baş tutan tədbirdə futbol ictimaiyyətinin nümayəndələri, jurnalistlər və qonaqlar iştirak ediblər.

51 yaşlı mütəxəssis 66 jurnalist arasında təşkil olunan səsvermədə 56 səslə birinci olub.

O, 2009-cu ildən bu yana keçirilən sorğuda hər il bu mükafata layiq görülüb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul