Qurban Qurbanova mükafat verildi

12.04.2022 21:15 531
Ölkə futbolu
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) və Bakı Avropa Liseyi “İdman və Sülh” devizi ilə tədbir keçirib.

"Football-plus.az" saytının məlumatına görə, tədbirdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova UEFA Avropa Konfrans Liqasında “Marsel”lə oyundakı jestinə görə feyr-pley mükafatı təqdim edilib.


Bundan əlavə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və “Ədalətli Oyunlar” komissiyasının sədri, dünya və Avropa çempionu Xəzər İsayev Qurban Qurbanova xüsusi mükafat təqdim edib.