Sorğuda PFL prezidenti, premyer-liqa klublarının baş məşqçisi və kapitanı, Hakimlər Komitəsi, Futbol Hakimləri Birliyi iştirak edib. Yekunda referilərdən Elçin Məsiyev, laysmanlardan isə Namik Hüseynov "Tofiq Bəhramov mükafatı"na layiq görülüb. "Football-plus.az" saytı olaraq gizli saxlanılan mövzu ilə bağlı klubların mövqeyini öyrəndik. "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev bunları söylədi:
"Yola saldığımız mövsümdə ən yaxşı baş hakim və köməkçi hakimlərin "Tofiq Bəhramov mülafatı"na layiq görülməsiylə bağlı keçirilən sorğuda bizdə iştirak etdik. Bizi də dəvət edib, fikirlərimizi öyrəndikləri üçün sağ olsunlar. Adını açıqlamayacam, amma səsimizi mükafatı haqq edən hakimə verdik".
ABDULLA İSMAYILOĞLU


