“Araz-Naxçıvan”da ayrılıq olacaq

11.12.2025 18:54 16
İdman / Aktual
Futzal üzrə yüksək liqanın iştirakçısı olan “Araz-Naxçıvan”ın heyətində ayrılıq yaşanacaq.

Bu barədə “Football-plus.az”a “qırmızı-ağlar”ın vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.

Klub rəsmisi aparıcı oyunçulardan Karlos Bertola ilə vidalaşacaqlarını açıqlayıb. Belə ki, futzalçıyla müddəti dekabrın sonunadək olan müqavilə yenilənməyəcək.

KƏNAN BAHADIR