“Araz-Naxçıvan” “Benfika” ilə matça itkilərlə çıxacaq

24.11.2025 14:58 8
İdman
“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün Bakıda “Benfika” (Portuqaliya) ilə matça itkilərlə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından bildrilib.

Vərəqə cəzalısı olduğuna görə Covanni Valeryo, Karlos Bertola və Aleksanderson Teyxeyra komanda yoldaşlarına kömək edə bilməyəcək. Əvəzində Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov “qırmızı-ağlar”ın iştirak ərizəsinə daxil ediliblər.

Baş məşqçi Yevgeni Kukseviç “Araz-Naxçıvan”ın ilk oyun üçün iştirak ərizəsinə aşağıdakı futbolçuların adını daxil edib:

Qapıçılar – 1. Emin Kürdov, 12. Rövşən Hüseynli, 19. Hüseyn Ədbülov;

Oyunçular – 15. Fərid Abbasov, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 10. Jan Peruzzo, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 49. Kənan Manafov, 7. Yaqo Enrike, 9. Alleks Rezende

“Araz-Naxçıvan” – “Benfika” matçı Bakı İdman Sarayında, saat 20.00-da start götürəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul