"Sülh" "Araz-Naxçıvan"ın baş məşqçisini "dar ağacı"ndan xilas etdi? - açıqlama

9.12.2024 16:54 421
Aktual / İdman
"Araz-Naxçıvan" futzal üzrə yüksək liqaya uğursuz start verib.

Məlum olduğu kimi, Muxtar Respublika təmsilçisi "Yasamal Bakı", "Şuşa" və U-19 yığmamızın öhdəsindən asanlıqla gəlsə də, "Neftçi"yə uduzub. "Baku Fire"a qarşı matçlardan birində bir xal qazanıbsa, birində məğlubiyyətə üzülüb. Nəticələr "qırmızı-ağlar"ın 10 xalla 3-cü sırada qərarlaşmasına səbəb olub.

Xatırlayırsızsa, "Araz-Naxçıvan"ın vitse-prezidenti Mahmud Sadıqov "Football-plus.az"a açqılamasında komanda 6-cı turda "Baku Fire"a uduzacağı təqdirdə baş məşqçi Predraq Rayiclə yolları ayıracaqlarını demişdi.

Sözügedən matç "sülh"lə nəticələndi. Görəsən, bu, mütəxəssisin postundakı ömrünü uzadıbmı? Ümumiyyətlə, rəhbərlik çalışdırıcıyla bağlı yekun qərarını nə vaxt verəcək?

Bu suallarla yenidən Mahmud bəyə müraciət etdik. Onun cavabı:

"Hələ ki bu yöndə konkret qərar verməmişik. Növbəti həftə ərzində komandayla birgə iclas keçiriləcək. Müzakirə ediləsi mövzular var. Hazırda baş məşqçimizlə bağlı məsələ haqda dəqiq nəsə deyə bilmərəm".

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul