Eder Militaonun səhhəti ilə bağlı yeni xəbər yayılıb.
"Football-plus.az" xatırladır ki, Militao La Liqanın 15-ci turunun “Selta” ilə oyununda (0:2) sıradan çıxıb. “Real”ın futbolçusu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
27 yaşlı müdafiəçi sol ayağının bud nahiyəsindəki ikiqat əzələnin qopması və proksimal vətərin zədələnməsi səbəbindən təxminən 3-4 ay oynamayacaq. Bərpa prosesinin bu qədər uzun çəkməsi məhz vətər zədəsinin ayağın hərəkət funksiyasını ciddi şəkildə məhdudlaşdırması ilə bağlıdı.
Braziliyalı futbolçu cari mövsümdə “Real”da bütün turnirlərdə 16 matça çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.